ABŞ-ın Təhlükəsizlik Şurasının aparıcı üzvləri istefa verdi

Toqquşmalarla əlaqədar ABŞ Senatı iclasını yarımçıq dayandırıb. Daha sonra Nümayəndələr Palatası iclasını yarımçıq kəsib. Hər iki palatanın üzvləri binadan təxliyə ediliblər. Etirazçılar isə binadan çıxarılıblar. Toqquşmalarla əlaqədar 20 etirazçı saxlanılıb.
Sputnik

BAKI, 8 yanvar — Sputnik. Birləşmiş Ştatların Milli Təhlükəsizlik Şurasının dörd yüksək vəzifəli əməkdaşı Vaşinqtonda baş verən qarşıdurmalarla bağlı istefaya gedib. Bu barədə Sputnik Azərbaycan "Reuters"-ə istinadən xəbər verir.

Mənbələr nəşrə bildirib ki, Afrika ilə əlaqələr üzrə baş direktor Erin Uolş, müdafiə siyasəti üzrə baş direktor Mark Vandroff, kütləvi qırğn silahları üzrə baş direktor Entoni Rudjero və Yaxın Şərq və Şimali Afrika üzrə Baş direktor Rob Qrinuey Təhlükəsizlik Şurasını tərk ediblər.

Qeyd edək ki, yanvarın 7-i Kapitoli binasında ABŞ-ın hazırkı prezidenti Donald Trampın tərəfdarları ilə polis əməkdaşları arasında toqquşmalar baş verib. Nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq ediblər. Hadisə zamanı bir neçə nəfər də gözündən xəsarət alıb.

Toqquşmalarla əlaqədar ABŞ Senatı iclasını yarımçıq dayandırıb. Daha sonra Nümayəndələr Palatası iclasını yarımçıq kəsib. Hər iki palatanın üzvləri binadan təxliyə ediliblər. Etirazçılar isə binadan çıxarılıblar. Toqquşmalarla əlaqədar 20 etirazçı saxlanılıb.

ABŞ-ın paytaxtı Vaşinqtonda baş verən qarışıqlıqlar zamanı 4 nəfər həlak olub.

Kapitolidə baş vermiş atışma zamanı azı 5 nəfər xəsarət alıb.