MƏDƏNİYYƏT

Ötən əsrin məşhur müğənnisi vəfat edib

Sonuncu dəfə mətbuatda "Həkimimə və sizə güvənirəm. Ya hamımız birlikdə güləcəyik, ya da vida edəcəyik" sözləri ilə çıxış edən mərhum müğənni, Sezen Aksu, Edip Akbayram, Kamil Sönmez, Tülay, Bilgen Bengü və s. kimi məşhurlarla eyni səhnəni paylaşıb.
Sputnik

BAKI, 7 yanvar — Sputnik. Ötən əsrin 70-ci illərində Türkiyədə məşhur olan müğənnilərdən biri Hale Hanzadə vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, bir zamanların məşhur müğənnisi xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Sonuncu dəfə mətbuatda "Həkimimə və sizə güvənirəm. Ya hamımız birlikdə güləcəyik, ya da vida edəcəyik" sözləri ilə çıxış edən və yaddaşlarda pozitiv fikirləri ilə qalan mərhum müğənni, Sezen Aksu, Edip Akbayram, Kamil Sönmez, Tülay, Bilgen Bengü və s. kimi məşhurlarla eyni səhnəni paylaşıb.

Hale Hanzadə "Şeytan Tüyü" və "Duymaz Olaydım" mahnıları ilə məşhurluq qazanmışdı.