CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan neftinin qiyməti qalxır

Azərbaycan neftinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub
Sputnik

BAKI, 7 yanvar — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,79 dollar artaraq 54,73 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,36 dollar artaraq 54,66 dollar, "Light" markalı neftin qiyməti isə 0,38 dollar bahalaşaraq 51,01 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.