Kardaşyan yenə gündəmdə - növbəti biabırçılıqla

Bundan əvvəl deyilirdi ki, boşanmanın təşəbbüskarı Kim Kardaşyandır. Səbəb isə teleaparıcının “canını boğazına yığan” Uestin prezidentlik kampaniyasıdır.
Sputnik

BAKI, 7 yanvar — Sputnik. Reper Kanye Uestlə Kim Kardaşyanın boşanması haqda xəbər yayılıb. Üstəlik, xəbərdə deyilir ki,  Kanye Uestin bloger, müğənni və stilist Ceffri Starla erməni teleaparıcıya xəyanət etməsi boşanmaya səbəb olub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Insider yazır.

Ceffri Star isə şayiələrə Twitter-də cavab verərək qeyd edib ki, bazar günü kilsədə ayinə getməyə hazırlaşırmış, həmçinin Uestin də dini mərasimdə iştirak edəcəyinə eyham vurub.

Buna rəğmən Insider yazır ki, Uestlə Starın nə vaxtsa görüşdüyü barədə heç bir dəlil-sübut yoxdur. Reperin xəyanəti barədə xəbərləri isə TikTok blogerləri yayıblar.

Jeffree Star Cosmetics şirkətinin rəhbəri olan 35 yaşlı Ceffri Star açıq-aşkar geydir. 2007-ci ildə o, Plastic Surgery Slumber Party adlı debüt albomunu buraxıb.

Bundan əvvəl deyilirdi ki, boşanmanın təşəbbüskarı Kim Kardaşyandır. Səbəb isə teleaparıcının “canını boğazına yığan” Uestin prezidentlik kampaniyasıdır. Cütlüyün boşanma ərəfəsində olduğu barədə xəbərlər yanvarın 6-da yayılmağa başlayıb.