Xalq artisti Röyanın atasının ayağı amputasiya edildi

Röya Ayxan: Atam şəkər xəstəliyindən əziyyət çəkir. Ayağını demək olar ki, kəsdilər. Həkimlərdən xahiş etdim ki, Yeni il günü heç olmasa, iki saatlıq icazə versinlər ki, süfrəmdə əyləşdirim.
Sputnik

BAKI, 6 yanvar — Sputnik. Xalq artisti Röya Ayxanın atası Yaqub Nəcəfovun ayağı amputasiya edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə müğənni özü ATV telekanalında yayımlanan "Bizimləsən" proqramında məlumat verib.

Canlı efirə videogörüntülü şəkildə bağlanan sənətçi atasının bir neçə gün əvvəl əməliyyat olunduğunu açıqlayıb:

"Atam şəkər xəstəliyindən əziyyət çəkir. Ayağını demək olar ki, kəsdilər. Həkimlərdən xahiş etdim ki, Yeni il günü heç olmasa, iki saatlıq icazə versinlər ki, süfrəmdə əyləşdirim. Ona görə çox narahat idim, hərarəti düşmürdü".