BAKI, 6 yanvar — Sputnik. Rusiyanın Kamçatka diyarında yerləşən qızıl yatağındakı şaxtanın uçması nəticəsində 5 nəfər dağıntılar altında qalıb.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Kamçatka diyarı hökumət başçısının müavini səlahiyyətlərini müvəqqəti icra edən Aleksandr Zaboliçenko bildirib.
Onun sözlərinə görə, 3 nəfər mədəndən özü çıxıb və 2 fəhlənin isə taleyindən xəbər yoxdur.
"Təcili xidmət canlı qüvvəsi və vasitələri xəsarət alanlara yardım etməyə hazır vəziyyətdədir. Şaxtada dağlıq ərazilərdə xilasetmə hərb hissənin 6 mütəxəssisi dağıntılarda fəhlələrin axtarışı və xilas edilməsi məqsədi ilə əməliyyat aparır", - A.Zaboliçenko bildirib.
Hakimiyyət orqanlarının məlumatına görə, hazırda torpağın altında hərbiləşdirilmiş dağ-mədən hissəsinin altı mütəxəssisi işləyir, uçqun zamanı qalaqlanmış torpaq kütləsinin təmizlənməsi prosesi gedir.
Qəzanın səbəbi hələlik açıqlanmayıb.