RUSİYA

Rusiyada bir gündə 400-dən çox adam koronavirusdan öldü

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 3308601-ə çatıb. Rusiyada pandemiya yayılandan 59951 nəfər COVID-19-dan vəfat edib.
Sputnik

BAKI, 6 yanvar — Sputnik. Son bir sutka ərzində Rusiyada 24217 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 445 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 3308601-ə çatıb. Rusiyada pandemiya yayılandan 59951 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 2685723-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 86,4 milyonu keçib, 1,87 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.