RUSİYA

Rusiya Müdafiə Nazirliyi Qarabağda nə qədər ərazinin təmizləndiyini açıqlayıb

23 noyabr 2020-ci ildən Rusiya sülhməramlı qüvvələrinin Qarabağda mühəndis bölmələrinin apardığı əməliyyatlar çərçivəsində təxminən 427 hektar ərazi, 160,8 kilometr yol, 22 sosial əhəmiyyətli obyekt daxil olmaqla 617 yaşayış binası partlamamış sursatdan təmizlənib.
Sputnik

BAKI, 6 yanvar — Sputnik. Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri Qarabağda təxminən 427 hektar ərazini partlamamış sursatdan təmizləyib. Bu barədə Sputnik Azərbaycan Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir.

"23 noyabr 2020-ci ildən Rusiya sülhməramlı qüvvələrinin Dağlıq Qarabağda mühəndis bölmələrinin apardığı əməliyyatlar çərçivəsində təxminən 427 hektar ərazi, 160,8 kilometr yol, 22 sosial əhəmiyyətli obyekt daxil olmaqla 617 yaşayış binası partlamamış sursatdan təmizlənib. Ümumilikdə 19,6 mindən çox partlayıcı maddə aşkarlanıb", – deyə məlumatda bildirilir.

Rusiyalı sülhməramlılar Xankəndinin ətrafının təmizlənməsi zamanı "Uran-6" robot sistemlərindən istifadə edirlər ki, bu da partlama təhlükəsi olan işlər zamanı hərbçilərin təhlükəsizliyini təmin etməyə və istənilən hava şəraitində ərazinin təmizlənməsi tempini qorumağa imkan verir.

Tapılan partlama təhlükəsi olan predmetlər və partlamamış döyüş sursatları xüsusi təchiz ediləm poliqona aparılır və məhv edilir. Təxliyəsi mümkün olmayan sursat, lazımı təhlükəsizlik tədbirləri görülməklə yerində məhv edilir.