İQTİSADİYYAT

Mərkəzi Bankın valyuta ehtiyatları azalıb

Azərbaycan Mərkəzi Bankının sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıbAzərbaycan Mərkəzi Bankının sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.
Sputnik

BAKI, 6 yanvar — Sputnik. Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.

Sputnik Azərbaycan Mərkəzi Banka istinadla xəbər verir ki, AMB-nın valyuta ehtiyatları yanvarın 1-nə 6 milyard 369,4 milyon ABŞ dolları olub.

Bu göstərici ötən ilin dekabrın 1-i ilə müqayisədə 0,7 % və yaxud 42,1 milyon dollar azdır.

Ötən il ərzində isə AMB-nin rəsmi valyuta ehtiyatları 111,4 mln. dollar və ya 1,8% artıb.