Mer canlı yayıma elə vəziyyətdə çıxdı ki... - VİDEO

Aparıcı soruşub: "Sizin çox gözəl köynəyiniz var, yəqin ki, siz onu xüsusi olaraq məhz bizim üçün geyinmisiniz. Lakin doğrudan da siz bu köynəyin altında alt paltardasınız?"
Sputnik

BAKI, 6 yanvar — Sputnik. Belçikanın Antverpen şəhərinin meri Bart De Bever evdən müsahibəyə yalnız köynək geyərək qatılıb. Bu barədə Sputnik Azərbaycan "Politico" nəşrinə istinadən xəbər verir.

O hesab edib ki, kadrda yalnız köynək görünür, lakin efir zamanı güzgüdən onun alt paltarı da görünüb.

"Sizin çox gözəl köynəyiniz var, yəqin ki, siz onu xüsusi olaraq məhz bizim üçün geyinmisiniz. Lakin doğrudan da siz bu köynəyin altında alt paltardasınız?", - deyə aparıcı onlayn yayımlanan efirdə bildirib.

De Bever əvvəlcə təəccüblənib, lakin sonradan harada səhv etdiyini anlayıb.

"Mən güzgünün qarşısında oturmuşam və bunu nəzərə almamışam. İl xüsusi ilə pis andan başlayır, mən bunu hələ çox xatırlayacağam", - deyə De Bever qeyd edib.

Yerli siyasətçi Jorj-Lui Buşe isə merə lağ edərək ona Belçika bayrağının rənglərində şort geyməyi təklif edib.