CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cəbhəboyu ərazilərdə partlamamış hərbi sursat, minalar aşkarlandı

Agentliyin partlayış qrupu tərəfindən 491 ədəd mina və partlamamış hərbi sursat (PHS) zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 641 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.
Sputnik

BAKI, 4 yanvar - Sputnik. 2021-ci ilin 1-5 yanvar tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Füzuli, Goranboy, Qubadlı, Tərtər, Xocavənd, Zəngilan rayonları və Şuşa şəhəri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 17 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 3 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 20 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 25 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 796 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd bombacıq, 8 ədəd piyada əleyhinə mina, 87 ədəd tank əleyhinə mina, 3 ədəd tank əleyhinə minanın partladıcısı və 19 ədəd partlamış mərmi qalıqları aşkar olunub.