CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda xəstəxana direktoru koronavirusdan vəfat etdi

Tərtər Rayon Mərkəzi Xəstəxanasının direktoru Yaşayar Hüseynov bir müddət əvvəl koronavirusa yoluxub. Aparılan müalicələrə rəğmən onun həyatını xilas etmək mümkün olmayıb və o, bu gün COVID-19-dan vəfat edib.
Sputnik

BAKI, 6 yanvar — Sputnik. Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib. Sputnik Azərbaycan-ın məlumatına görə, Tərtər Rayon Mərkəzi Xəstəxanasının direktoru Yaşayar Hüseynov bir müddət əvvəl koronavirusa yoluxub. Aparılan müalicələrə rəğmən onun həyatını xilas etmək mümkün olmayıb və o, bu gün COVID-19-dan vəfat edib.

Xatırladaq ki, Y.Hüseynov 10 ilə yaxındır ki, Tərtər Rayon Mərkəzi Xəstəxanasına rəhbərlik edib.