SƏHİYYƏ

Azərbaycanda bayram günləri koronavirusa yoluxan və ölənlərin sayı açıqlanıb

TƏBİB-in açıqlamasına görə, ötən həftə COVID-19-dan 25 min 872 nəfər sağalıb, həyatını itirənlərin sayı isə 234 nəfər olub.
Sputnik

 

BAKI, 6 yanvar — Sputnik. Ötən həftə - dekabrın 28-dən yanvarın 3-dək Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 5554 nəfər yoluxub.

Sputnik Azərbaycan koronavirusinfo.az saytına istinadla xəbər verir ki, ötən həftə, COVID-19-dan 25 min 872 nəfər sağalıb, həyatını itirənlərin sayı isə 234 nəfər olub.