Almaniya krematoriyalarında hər ay 750-dən çox meyit yandırılır

"Meyitləri yandırıb başa çıxmaq olmur, hər ay yüzlərlə meyit gəlir, uzun müddətdir oturub dincəldiyimi xatırlamıram"
Sputnik

 

BAKI, 6 yanvar — Sputnik. Koronavirus pandemiyası Almaniyadakı krematoriyaların işində böyük sıxlıq yaradıb. Sputnik Azərbaycan-ın TRT Haber-ə istinadla verdiyi məlumata görə, Almaniyanın Meysen şəhərində meyitlərin yüksək temperaturda yandırıldığı bir krematoriyanın görüntüləri koronavirusun ağır nəticəsini ortaya qoyub.

Meysen şəhərindəki krematoriyanın işçisi meyitlərin yandırıldığı mərkəzə hər ay 750-dən çox meyit gətirildiyini deyib. "Meyitləri yandırıb başa çıxmaq olmur, hər ay yüzlərlə meyit gəlir, uzun müddətdir oturub dincəldiyimi xatırlamıram", – deyə o bildirib.

Qeyd edək ki, dünyada COVID-19 pandemiyası başlayandan bu günə kimi Almaniyada 1 milyon 814 min 565 nəfər bu virusa yoluxub, 37 min 180 insan isə həyatını itirib.