Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) hesab edirlər ki, cari ilin ortalarına koronavirusa qarşı genişmiqyaslı vaksinasiya keçiriləcək. ÜST-ün rəsmi nümayəndəsi Marqaret Harris bəyan edib ki, bir çox peyvəndlər üçüncü test mərhələsindədir.
Bununla belə artıq bir çox ölkələrdə, o cümlədən, ABŞ, Rusiya, Avropa dövlətləri, İsraildə COVİD-19 virusuna qarşı kütləvi peyvənlənmə aparılır.
Qeyd edək ki, dünyada koronavirusa yoluxanan xəstələrinin ümumi sayı 87 milyon nəfərə yaxınlaşır. Onlardan 1,87 milyon nəfəri ölüb. Azərbaycanda isə ümumilikdə 221401 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 199213 nəfər müalicə olunaraq sağalıb, 2792 nəfər vəfat edib.