RUSİYA

Prezidentin sözçüsü xoşbəxt olduğunu etiraf etdi

"Vasitəçi rolunu oynayırsan, sənə təzyiq göstərirlər, kimsə səni hədələyir, kimsə sənə rüşvət verməyə çalışır, yəni orada bütün həyat palitrası var"
Sputnik

 

BAKI, 5 yanvar — Sputnik. Rusiya Federasiyası Prezident Adminstrasiyasının rəhbəri, prezidentin mətbuat katibi Dmitri Peskov xoşbəxt olduğunu dilə gətirib.

Sputnik Azərbaycan "RİA Novosti"yə istinadla xəbər verir ki, o, unikal və maraqlı işinin olduğunu bildirib.

"Mən xoşbəxt insanam" deyə "Soloviev Live" proqramında danışan Peskovun fikrincə, ev hər bir insan üçün qala deməkdir.

"Bizim çox uşağımız olduğu üçün evim kiçik parlamentdir. Bizim öz parlament fraksiyalarımız, maraqların toqquşması və s. var. Vasitəçi rolunu oynayırsan, sənə təzyiq göstərirlər, kimsə səni hədələyir, kimsə sənə rüşvət verməyə çalışır, yəni orada bütün həyat palitrası var" deyən prezidentin sözçüsü bu evin sevgi ilə dolu bir ev olduğunu və bunun xoşbəxtlik olduğunu qeyd edib.