BAKI, 5 yanvar — Sputnik. Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb. Sputnik Azərbaycan-ın "koronavirus.info"ya istinadən məlumatına görə, hazırda ən yüksək yoluxma Binəqədi rayonundadır. Belə ki, Binəqədidə koronavirusa yoluxma 15.0 faiz, Xətaidə 13.1 faiz, Yasamalda 12.2 faiz, Sabunçuda 10.7 faiz, Suraxanıda 8.2 faiz, Nərimanovda 8.2 faiz, Nəsimidə 7.9 faiz, Nizamidə 7.0 faiz, Xəzərdə 6.8 faiz, Qaradağda 5.4 faiz, Səbaildə 5.0 faiz, Pirallahıda 0.5 faiz təşkil edib.
Qeyd edək ki, Binəqədi rayonu yoluxma statistikasına görə aylardır ilk sırada yer alır.