BAKI, 5 yanvar — Sputnik. "Əsirlikdə olan vaxtı bir neçə gün pəncərəsiz və işıqsız yerdə saxlanıldıq. Bizə qarşı qeyri-insani hərəkətlər edirdilər. Hətta bizi Allahın suyuna belə möhtac qoyurdular".
Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında erməni əsirliyində olmuş hərbi qulluqçumuz Həmidov Nahid Yaşar oğlu deyib.
"Onlar 1992-93-cü illərdə etdiyi terror aktlarını sadalayıb, fəxr edirdilər. Bir daha Ali Baş Komandan İlham Əliyevə Vətənə qayıtdığım üçün minnətdarlığımı bildirirəm", - o bildirib.