QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Erməni girovluğunda iki azərbaycanlı mülki şəxs var

"Həmin iki nəfər 27 sentyabrdan əvvəl - biri ötən ilin aprel, digəri isə iyun ayında girov götürülüb"
Sputnik

BAKI, 5 yanvar - Sputnik. “Hazırda Azərbaycanın iki mülki şəxsi erməni girovluğundadır”.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bunu Azərbaycanın Ermənistan tərəfdə saxlanılan mülki şəxsləri ilə bağlı suala cavabında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri İsmayıl Axundov bildirib.

O qeyd edib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi həmin iki mülki şəxsə baş çəkib: “Onlarla bağlı hazırda iş gedir. Həmin iki nəfər 27 sentyabrdan əvvəl - biri ötən ilin aprel, digəri isə iyun ayında girov götürülüb”.