HADİSƏ

Xətai rayonunda iki avtomobil toqquşub, xəsarət alan var

İki avtomobilin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Qurbanov Araz Əbülfəz oğlu müxtəlif bədən xəsarətləri alıb.
Sputnik

BAKI, 4 yanvar - Sputnik. Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Qurbanov Araz Əbülfəz oğlu müxtəlif bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.