BAKI, 4 yanvar - Sputnik. Bakıda və Abşeron yarımadasında yanvarın 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq.
Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 1-3, gündüz 6-8, Bakıda gecə 1-3, gündüz 6-8 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 60-70 faiz olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 5-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.