BAKI, 4 yanvar - Sputnik. Rusiya Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri Ağdamın minalardan təmizlənməsini həyata keçirəcək.
Rusiya FHN-in 20 nəfərdən ibarət mütəxəssisi işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi vəzifəsini yerinə yetirmək üçün “IL-76” təyyarəsi ilə Gəncəyə gəlib.
Eyni zamanda təyyarə ilə 3 ədəd minatəmizləyən texniki robot avandanlığı da gətirilib.