HADİSƏ

Bakıda intihara cəhdin qarşısı alınıb

Yasamal rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyib.
Sputnik

BAKI, 4 yanvar - Sputnik. Bakıda intihara cəhd olub. 

Sputnik Azərbaycan xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.