HADİSƏ

Sumqayıt sakini dəm qazından boğulub

1947-ci il təvəllüdlü Hüseynova Şükufə Həmid qızı dəm qazından boğulub. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.
Sputnik

BAKI, 3 yanvar - Sputnik. Sumqayıt şəhərində dəm qazı 74 yaşlı qadının ölümünə səbəb olub.

APA-nın məlumatına görə, hadisə şəhərin “Qurd dərəsi” yaşayış massivində qeydə alınıb.

1947-ci il təvəllüdlü Hüseynova Şükufə Həmid qızı dəm qazından boğulub. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.