2020-ci ilin hadisələrindən sonra yeni 2021-ci il bir çox adamlarda böyük dəyişikliklərə ümidlə bağlıdır. Hamıya "yeni ili necə qarşılasan, elə də keçirəcəksən" ifadəsi tanışdır. Psixoloqlar iddia edirlər ki, əsas yeni ilin ilk günlərindən yaxşı əhvalın və uğurun bünövrəsini qoymaqdır.
Biz sizin üçün yeni ilin ilk günlərində dünyanın müxtəlif ölkələrində baş verənlərin fotoşəkillərini toplamışıq. Bir il əvvəl ən sərt məhdudiyyətlərin olduğu Uhanda artıq toylar keçirilir. Niderlandda və Böyük Britaniyada soyuq havaya baxmayaraq, dənizdə çimirlər, tibb işçiləri isə hər yerdə insanların sağlamlıqlarının keşiyində durublar.