SƏHİYYƏ

Ermənistanda koronavirusdan ölənlərin sayı 2850 nəfərə çatıb

Ermənistanda COVID-19-a yoluxanların sayı 160 027 nəfərə çatıb. Son sutkada ölkədə xəstəlikdən 14 nəfər ölüb.
Sputnik

BAKI, 3 yanvar - Sputnik. Son sutka ərzində Ermənistanda koronavirusa 229 nəfər yoluxub.

Sputnik Ermənistan xəbər verir ki, bununla ölkədə COVID-19-a yoluxanların sayı 160 027 nəfərə çatıb.

Son sutkada ölkədə xəstəlikdən 14 nəfər ölüb. İndiyədək koronavirusdan ölənlərin sayı 2850 nəfərdir.