SƏHİYYƏ

Ebolanı kəşf edən alim: Dünyanı yeni ölümcül xəstəlik gözləyir

Alimin fikrincə, yeni təhlükə meşələrin kəsilməsindən qaynaqlanır və müxtəlif xəstəliklərin patogenlərinin artmasına səbəb olur.
Sputnik

BAKI, 3 yanvar - Sputnik. Professor Jan-Jak Muembe-Tamfum, yeni ölümcül xəstəliyin ortaya çıxması barədə xəbərdarlıq edib.

APA bildirir ki, professor bu barədə CNN-ə müsahibə verərkən söyləyib.

Muembe-Tamfum 1976-cı ildə Ebola virusunu aşkar edən alimdir.

Alimin fikrincə, yeni təhlükə meşələrin kəsilməsindən qaynaqlanır və müxtəlif xəstəliklərin patogenlərinin artmasına səbəb olur.

O, eyni zamanda bildirib ki, bu gələcəkdə "böyük pandemiyaya" səbəb ola bilər. Jurnalistin “Ebola gələcəkdə COVID-19 kimi sürətlə yayıla bilərmi” sualına Muembe-Tamfum belə cavab verib:

"Biz yeni patogenlərin ortaya çıxacağı bir dünyada yaşayırıq. Və bu da həyat üçün təhlükəlidir”.