CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda mutasiyaya uğramış koronavirusa hələ rast gəlinməyib

Koronavirusun Britaniya ştammı Hindistana çatıb, amma TƏBİB onun hələlik Azərbaycanda aşkarlanmadığını bildirib.
Sputnik

BAKI, 3 yanvar - Sputnik. Koronavirus bir RNT virusu olduğu üçün daim mutasiyaya məruz qalır və bu mutasiyalar virusun genomunda müxtəlif bölgələrdə baş verir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə TƏBİB-in açıqlamasında bildirilir. 

Qeyd olunur ki, indiyə qədər mövcud ədəbiyyatda, eləcə də “spike protein” kodlayan bölgələrdə müxtəlif mutasiyalar aşkar edilib. İngiltərədə aşkar edilən yeni mutasiyanın virusun yoluxduruculuğunu artırdığı yaxın günlərdə bildirilib.

Koronavirus xəstələri ictimai yerlərdə aşkarlanaraq saxlanılıb

"Ölkəmizdə və dünyada rutin analizlərdə Ümumdünya Səhiyyə Təşkilatının və beynəlxalq qurumların da tövsiyə etdiyi virusun gen bölgələri beynəlxalq primerler ilə (təsdiq edilmiş kitlerlə) analiz edilir və nəticələr verilir. Virusun mutasiya baş verən bölgələri daim nəzarətdə saxlanılır və onların nəticələrə təsiri təqib edilir", - açıqlamada deyilir.

"Mutasiyaya uğramış virusun yeni növlərinin aşkarlanması və onların klinik təsirləri isə xüsusi genom çalışmaları ilə araşdırılır. Bunlar xüsusi çalışmalardır və araşdırma tədqiqat laboratoriyalarında icra olunur. Bu istiqamətdə ölkəmizdə də tədqiqatlar aparılır, davam edir. Ölkəmizdə hələ yeni növ koronovirusa yoluxma ilə bağlı fakt öz təsdiqini tapmayıb", - TƏBİB bildirib.

Xatırladaq ki, Böyük Britaniyada koronavirusun sürətlə yayılan mutasiya etmiş variantının aşkarlanması barədə ilk dəfə dekabrın 20-də ölkənin baş həkimi Kris Yutti və hökumətin Tibbi məsələlər üzrə baş məsləhətçisi Patrik Vellans mətbuat konfransında bildirmişdi. 

Azərbaycanda son günün koronavirus statistikası açıqlandı

Mütəxəsisilər bəyan etmişdi ki, koronavirusun sözügedən yeni variantı inanılmaz dərəcədə sürətlə yayılır.

Bu səbəbdən Baş nazir Boris Conson Londonda və ölkənin cənub-şərqində yeni - maksimum, dördüncü səviyyədə məhdudiyyətlərin tətbiq edilməsinə göstəriş vermişdi.

Virusun yeni variantının, ilkin təxminlərə görə, əvvəlki ilə müqayisədə 70 faiz daha çox yoluxucu olduğu deyilsə də, öldürücü təsiri barədə heç bir fikir irəli sürülməyib.

Ötən gün koronavirusun Britaniya ştammına Hindistanda rast gəlinib. Bir sıra Latın Amerikası ölkələri də mutasiyaya uğramış koronavirusla qarşılaşdıqları barədə ÜST-ə məlumat veriblər.