CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qeyri-adi Yeni il hədiyyəsi: Pilotlar ağır xəstəliyi olan oğlanın arzusunu çin etdilər

Baltik Donanmasının pilotları altı yaşlı Dima Mironovun arzusunu çin ediblər. Onlar ağır xəstəliyi olan oğlanı vertolyot gəzintisinə aparıblar.
Sputnik

Dimanın valideynləri bu xahişlə komandanlığa yaxınlaşıblar. Və onlar bu xahişi rədd etməyib, uşaq üçün aeroekskursiya təşkil ediblər. Baltik Donanması Dəniz Aviasiyasının komandiri, general-mayor Vadim Morozov şəxsən özü oğlanın bələdçisi kimi onunla uçuşu yerinə yetirib. Xəyalların necə çin olduğunu və altı yaşlı Dimanın gələn dəfə nələri planlaşdırdığını videomuzda izləyin.