BAKI, 2 yanvar - Sputnik. Müdafiə Nazirliyi Azərbaycanın işğaldan azad edilmiş yaşayış məntəqələrinin videogörüntülərini paylaşmaqda davam edir. Bu gün Nazirlik Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmiş Zəngilan rayonunun Rəbənd kəndindən videogörüntülər yayıb.
Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən həmin görüntüləri təqdim edir.