CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xalq yazıçısı: “Koronavirus sərbəstliyimizi əlimizdən alsa da, səmərəli il oldu”

Xalq yazıçısı Natiq Rəsulzadə deyir ki, o, 2020-ci il ərzində bir neçə əsər yazıb. Yazıçının fikrincə, bu il Azərbaycan xalqı üçün də uğurlu olub
Sputnik

“Geridə qalan 2020-ci il yaradıcı şəxsiyyətlər üçün ağır oldu, itkilərsiz keçmədi”. Bunu Sputnik Azərbaycan-a Xalq yazıçısı Natiq Rəsulzadə deyib.

O bildirib ki, bu il yaradıcı şəxslər üçün bir az depressiv məqamlarla yadda qaldı:

“Koronavirus sərbəstliyimizi əlimizdən aldı. Amma bu dövr bizim üçün həm də səmərəli oldu. Şəxsən mən bu müddət ərzində bir neçə əsər yazdım. Bu il Azərbaycan xalqı üçün də uğurlu oldu. Ordumuz uzun illərdir düşmən əsarətində olan torpaqlarımızı azad etdi. Bu baxımdan 2020-ci il bütün nöqsanlarına baxmayaraq bizim üçün uğurlu keçdi”.

Natiq Rəsulzadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz