Türkiyə şirkətinə hücum olub, ölən və yaralananlar var

Türkiyə XİN: “Türkiyə şirkətində işləyənləri hədəfə alan bu mənfur hücumu kəskin şəkildə qınayırıq. Yaralananlara şəfa diləyirik. Dost və qardaş Somali hökuməti ilə xalqının yanında olduğumuzu bir daha vurğulayırıq”.
Sputnik

BAKI, 2 yanvar - Sputnik. Somalidə Türkiyə şirkətinə edilən terror hücumu nəticəsində biri türk olmaqla 4 nəfər ölüb. Türkiyənin daha 4 vətəndaşı yaralanıb.

Sputnik Türkiyə xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlamaya əsasən, terror hücumu Somalinin Moqadiş-Afqoye avtomobil yolunun tikintisi ilə məşğul olan Türkiyə şirkətinə qarşı törədilib:

“Türkiyə şirkətində işləyənləri hədəfə alan bu mənfur hücumu kəskin şəkildə qınayırıq. Yaralananlara şəfa diləyirik. Dost və qardaş Somali hökuməti ilə xalqının yanında olduğumuzu bir daha vurğulayırıq”.