RUSİYA

Rusiya koronavirusa yoluxanların sayına görə dördüncü yerdə qərarlaşıb

Son sutka ərzində Rusiyada 447 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə bu ölkədə koronavirusdan ölənlərin sayı 58 002 nəfərə çatıb.
Sputnik

BAKI, 2 yanvar - Sputnik. Rusiyada son sutka ərzində daha 26 301 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadla xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların 3 212 637 nəfərə çatıb.

Son sutka ərzində 447 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 58 002 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Braziliyadan sonra dördüncü yerdə gəlir.