BAKI, 2 yanvar - Sputnik. "Şənbə günü 130-dan çox erməni qaçqın Dağlıq Qarabağdakı evinə qayıdıb".
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
"Rusiya sülhməramlıları Ermənistan Respublikası ərazisindən Dağlıq Qarabağa qayıdan növbəti qaçqın kolonunu müşayiət edib. Yerevandan Stepanakertə (Xankəndiyə - red.) avtobuslarla 130-dan çox qaçqın qaytarılıb. Ümumilikdə Dağlıq Qarabağdakı daimi yaşayış yerlərinə 47,1 mindən çox qaçqın qayıdıb", - Müdafiə Nazirliyinin bülletenində bildirilir.
Xatırladaq ki, 27 sentyabr 2020-ci il tarixində Azərbaycanın işğal olunmuş ərazilərində hərbi əməliyyatlar başlayandan sonra erməni əhali Ermənistana köç etmişdi. 10 noyabrda Rusiya sülhməramlıları bölgəyə yerləşdikdən sonra ermənilər kütləvi surətdə Qarabağa qayıdırlar.