CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda restoran yanır

Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində restoranda yanğın olması barədə məlumat daxil olub.
Sputnik

BAKI, 2 yanvar - Sputnik. Bakının Nərimanov rayonunda yerləşən restoranda yanğın başlayıb.

Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, hadisə "50 qəpik" restoranında qeydə alınıb.

Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində restoranda yanğın olması barədə məlumat daxil olub.

Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.