SƏHİYYƏ

ÜST koronavirus vaksinini təcili dərmanlar siyahısına saldı

Qeyd olunur ki, vaksinin bu siyahiya daxil edilməsi onun UNİCEF və Panamerika Səhiyyə Təşkilatı tərəfindən alınaraq ehtiyac duyulan ölkələrdə yayılmasına imkan yaradacaq
Sputnik

BAKI, 1 yanvar - Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı Pfizer/BioNTech koronavirus vaksinini təcili dərmanlar siyahısına salıb.

"ÜST Pfizer/BioNTech şirkətinin istehsalı olan mRNA COVID-19 vaksinini təcili dərmanlar siyahısına daxil etdi, o, bir il əvvəl koronavirus infeksiyasının alovlanmasından sonra ilk belə peyvənd oldu", - qurumun məlumatında deyilir.

Qeyd olunur ki, vaksinin bu siyahiya daxil edilməsi onun UNICEF və Panamerika Səhiyyə Təşkilatı tərəfindən alınaraq ehtiyac duyulan ölkələrdə yayılmasına imkan yaradacaq.