Türkiyədə koronavirusun mutasiyaya uğramış Britaniya variantı aşkarlanıb

Türkiyənin səhiyyə naziri Fahrettin Koca özünün "Twitter" səhifəsində yazıb ki, həmin xəstələr nəzarətə alınıb və Britaniyadan Türkiyəyə giriş tamamilə dayandırılıb.
Sputnik

BAKI, 1 yanvar - Sputnik. Türkiyədə 15 nəfərdə koronavirusun mutasiyaya uğramış "Britaniya" variantı aşkar olunub.

Sputnik Türkiyə-nin məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca özünün "Twitter" səhifəsində yazıb.

​Nazir açıqlamasında bildirib ki, həmin xəstələr nəzarətə alınıb və Britaniyadan Türkiyəyə giriş tamamilə dayandırılıb.

Kocanın sözlərinə görə, virus aşkar olunmuş həmin 15 nəfərlə ünsiyyətdə olan bütün insanlar da karantinə alınıb.