SƏHİYYƏ

ÜST koronavirusla bağlı son durumu açıqladı: ölənlərin sayı iki milyona yaxınlaşır

Son 24 saatda daha 9 min 921 insan koronavirusdan həyatını itirib və bununla da dünyada bu virus səbəbindən ölənlərin sayı 1 milyon 808 min 41 nəfər olub.
Sputnik

BAKI, 1 yanvar - Sputnik. Son sutka ərzində dünyada 470 min 46 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, sözügedən statistika Ümumdünya Səhiyyə Təşkilatının bu gün açıqladığı hesabatda əksini tapıb.

Bununla da dünyada  COVİD-19-a yoluxanların sayı 81 milyon 947 min 503 nəfərə çatıb.

Son 24 saatda daha 9 min 921 insan koronavirusdan həyatını itirib və bununla da dünyada bu virus səbəbindən ölənlərin sayı 1 milyon 808 min 41 nəfər olub.