2020-ci ilin yola salınması, 2021-ci ilin qarşılanması mərasimi bütün dünyada o qədər də təmtəraqla keçirilməyib. Bunun səbəbi əlbəttə ki, dünyanı ağuşuna almış koronavirus pandemiyası və ondan irəli gələn qadağalardır.
Lakin yeni ili maraqlı, qeyri-adi formada qarşılayanlar da az olmayıb. Kimi öküz ilini qarlı-şaxtalı havada qarşılayıb, kimi də isti havada və çimərlikdə. Santa Klaus geyimində hava şarından sallanan kim, yürüşə çıxan kim, qumsallıqda poz verən kim.
Sputnik Azərbaycan dünyanın müxtəlif guşələrində çəkilmiş Yeni ilin qeyri-adi qarşılanmasını əks etdirən fotoları təqdim edir.