BAKI, 31 dekabr - Sputnik. Roskosmos-un rəhbəri Dmitri Roqozin bildirib ki, dövlət korporasiyasında Ay missiyaları üzrə şöbə yaradılıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Roqozin Yeni il münasibətilə kosmonavtları təbrik edərkən deyib. Təbrikin videoyazısı Roskosmos-un saytında yerləşdirilib.
Roqozin bildirib ki, Ay missiyasının bütün nüanslarına, elementlərinə nəzarət məqsədilə şöbəyə elə özü rəhbərlik edəcək. O hesab edir ki, bu, Rusiya pilotlu kosmonavtikası üçün çox mühüm yeni məsələ və perspektivlər açır.
Bir müddət öncə bildirilirdi ki, Rusiya 2021-ci ildə Aya "Луна-25" stansiyasını göndərməyi planlaşdırır.