FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

İlin yekunu: tarixi hadisələr Sputnik Azərbaycanın fotolarında

Sputnik

Şübhəsiz ki, 2020-ci il uzun müddət yaddaşlarda qalacaq. Koronavirus pandemiyası, lokdaunlar, məhdudiyyətlər, distant təhsil, yeni reallıqlar, Qarabağda müharibə, Qələbə sevinci. Bütün il ərzində Azərbaycan vətəndaşları müxtəlif emosiyalar yaşadılar. Bununla belə, 2020-cil ilin sonuna çox az vaxt qalıb.

Sputnik Azərbaycan Beynəlxalq Agentliyinin redaksiyası fotomüxbirləri tərəfindən çəkilən ilin ən yaxşı fotolarını seçib. Kadrlarda ötən ilin ən yadda qalan, maraqlı hadisələri lentə alınıb.

1 / 51
Azərbaycanda yaşayan pravoslavlar ilin əvvəlində Milad bayramını - İsa Məsihin doğum gününü qeyd edibər.
2 / 51
Azərbaycanda 20 yanvar 1990-cı ildə Bakıda baş verən qanlı faciənin 30-cu ildönümü qeyd olunub.
3 / 51
Bakıda İkinci çay və qəhvə festivalı. Pandemiyaya az qalıb.
4 / 51
Fevralın 9-da Azərbaycanda parlament seçkiləri keçirilib.
5 / 51
Fevralın əvvəlində Bakıda tanınmış dirijor İqor Ponomarenko öz kollektivi IP ORCHESTRA ilə birgə konsert verib.
6 / 51
2020-ci ilin fevral ayı. Bakı küçələrində tibbi maska taxmış insanların sayı çoxalır, baxmayaraq ki, Səhiyyə Nazirliyi Azərbaycanda həmin dövrdə koronavirusun olmadığını elan etmişdi.
7 / 51
Xocalı faciəsindən 28 il ötdü. Hər il olduğu kimi, paytaxt sakinləri Xocalı soyqırımı qurbanlarının abidəsinə doğru yürüş ediblər.
8 / 51
Karantindən əvvəl Bakıda ənənəyə çevrilən Hindistan məhsullarının sərgi-yarmarkası keçirilib.
9 / 51
Bakıda 8 Mart Beynəlxalq Qadınlar Gününün qeyd olunması. Çoxları artıq tibbi maskada gəzirdilər.
10 / 51
Koronavirus pandemiyası ilə əlaqədar Bakının mərkəzində ənənəvi Novruz bayramı şənlikləri ləğv edildi.
11 / 51
Martın 14-dən etibarən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakı sakinləri xüsusi sosial izolyasiya rejimində yaşayırlar. Restoran və ticarət mərkəzləri bağlıdır.
12 / 51
Azərbaycanda 24 mart - 20 aprel tarixlərində xüsusi karantin rejimi tətbiq edilib.
13 / 51
Aprelin əvvəlindən etibarən Azərbaycanda 200 xəstə üçün nəzərdə tutulmuş modul tipli xəstəxanaların tikintisinə başlanılıb.
14 / 51
Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda tibbi maskalara ehtiyacın artdığı üçün ölkədə qısa müddətdə bu tip qoruyucu vasitələrin istehsalı müəssisəsi istifadəyə verilib.
15 / 51
Paytaxtda apreldən etibarən küçə və yollarda dezinfeksiya işləri aparılır.
16 / 51
Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda tibb işçiləri gücləndirilmiş rejimdə işləyirlər.
17 / 51
Ramazan ayının Qədr gecələri bu il onlayn rejimdə keçirilib.
18 / 51
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakı və bir sıra rayonlarda martın sonlarından tətbiq edilən xüsusi karantin rejimi yumşaldılıb.
19 / 51
May ayında karantin rejiminin yumşaldılmasından sonra açıq havada idmanla məşğul olmağa icazə verilib.
20 / 51
Bakıda koronavirus pandemiyası ilə əlaqədar qadağanın aradan qaldırılmasından sonra açılan ticarət mərkəzləri qısa müddətdən sonra yenidən bağlanıb.
21 / 51
İyunun 6-dan etibarən istirahət günlərində sərt karantin rejimi tətbiq olunub.
22 / 51
Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda bütün idman tədbirləri təxirə salınmışdı. Karantin rejiminin yumşalmasından sonra Bakıda trek velosipedi üzrə Federasiya Kuboku keçirilib.
23 / 51
İyunun 14-də gecə saatlarından etibarən Bakı sərt karantin rejimində idi. Paytaxt sakinlərinə ikinci lokdaun zamanı yalnız ev heyvanlarını gəzdirməyə icazə verdilər.
24 / 51
Yayda Azərbaycanın ən böyük çayı Kürdə suyun səviyyəsi kritik dərəcədə aşağı düşüb.
25 / 51
İyunun 20-dən etibarən Abşeron, Sumqayıt, Lənkəran, həmçinin digər rayon və şəhərlərdə çimərliklər bağlanmışdı.
26 / 51
İyulun 12-də Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun bölmələrini atəşə tutub. Ermənistan bölmələri Azərbaycan mövqələrini ələ keçirmək niyyəti ilə hücuma keçmişdilər. Cavab tədbirləri zamanı Ermənistan ordusu ciddi itkilər verərək geri çəkilməyə məcbur edilmişdi.
27 / 51
Yayın sonlarında Azərbaycanda çimərliklərin fəaliyyətinə icazə verildi - bir sıra qaydalara riayət etmək şərti ilə.
28 / 51
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimi keçirilib.
29 / 51
Abituriyentlər üçün qəbul imtahanı tibbi maskada və sosial məsafəyə riayət olunmaqla keçirilib.
30 / 51
2020-ci ildə ictimai iaşə obyektlərinin fəaliyyətinə bir neçə dəfə qadağa qoyulub.
31 / 51
Ağdamın "Qarabağ" klubu futbol üzrə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
32 / 51
Bakı metrosu koronavirus pandemiyası ilə əlaqədar bir neçə dəfə bağlanıb.
33 / 51
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, aşağı siniflər sentyabrın 15-dən əyani və distant formada, 5-9 siniflər isə yalnız distant formada tədrisə başlayıblar. Təəssüf ki, aşağı siniflər üçün əyani formada dərs prosesi uzun çəkməyib.
34 / 51
Bakı qəsəbələrinin yenilənmə və rekonstruksiya proqramı çərçivəsində Bibiheybət qəsəbəsi restavrasiya edilib.
35 / 51
Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb.
36 / 51
Prezident İlham Əliyevin sərəncamı ilə sentyabr ayının 28-i saat 00:00-dan etibarən Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan olunub. Bakı və bir sıra digər şəhər və rayonlarda komendant saatı tətbiq edilib.
37 / 51
Humanitar atəşkəs rejimini pozan Ermənistan silahlı qüvvələri oktyabrın 11-də gecə saatlarında Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəni raket atəşinə tutub. Şəhər iki dəfə raket atəşinə məruz qalıb.
38 / 51
Oktyabrın 28-də Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycanın Bərdə şəhərini raket atəşinə tutublar. Nəticədə onlarla insan ölüb və yaralanıb.
39 / 51
Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsi Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə bərpa edilib.
40 / 51
Prezident İlham Əliyev Azərbaycanın qədim şəhəri Şuşanın azad olunmasını elan etdikdən sonra Bakı sakinləri küçələrə çıxdılar. Hər yerdə Azərbaycan və Türkiyə bayraqları dalğalanırdı.
41 / 51
Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalanıb. Bakıda insanlar Qələbəni qeyd etmək üçün küçələrə çıxıblar.
42 / 51
Üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Azərbaycan Ordusu Kəlbəcər rayonuna daxil oldu.
43 / 51
Dünya 27 il işğal altında qalan Ağdamın görüntülərindən dəhşətə gəldi. "Ruhlar şəhəri" adlandırılan Ağdam tamamilə xarabalığa çevrilmişdi.
44 / 51
Dekabrın 1-də Azərbaycanda Laçının işğaldan azad olunmasını qeyd ediblər.
45 / 51
Dekabrın 4-də bütün Azərbaycanda Qarabağ müharibəsində şəhid olmuş şəxslərin xatirələri bir dəqiqəlik sükutla yad edilib.
46 / 51
Dekabırn 10-da Bakıda Qarabağ müharibəsində Qələbəyə həsr olunmuş hərbi parad keçirilib.
47 / 51
Dekabrın 12-də Ümummilli lider Heydər Əliyevin vəfatından 17 il keçib.
48 / 51
Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə dekabrın 14-dən yanvarın 18-ə qədər ölkədə sərt karantin rejimi tətbiq edilib.
49 / 51
Karantinə rəğmən Yeni il ərəfəsində Bakıda üç ənənəvi "Kənddən şəhərə" yarmarkası açılıb.
50 / 51
Bakıda qədim Azərbaycan oyunu - çövkən üzrə Prezident Kuboku keçirilib. Pandemiyaya görə yarış azarkeşlərsiz təşkil olunub.
51 / 51
Sputnik Azərbaycan hər kəsə Yeni ildə bütün arzularına çatmağı, sevinc və qürur üçün daha çox səbəb arzulayır.