Bu il, sözün əsl mənasında, ekstremal bir il oldu desək, yanılmarıq. Bu qeyri-adiliyin davamı olaraq bayramlar da fərqli ab-havada keçir. İlin son günündə bakılılardan yeni ildən gözləntiləri və arzularının nə olduğunu öyrənmək qərarına gəldik.
Təəccüblü deyil ki, hər kəs karantinin bitdiyi, maskalarımızdan qurtularaq azad nəfəs ala biləcəyimiz günü gözləyir. Amma ən böyük arzu 30 illik işğaldan sonra azad etdiyimiz torpaqlarımızla bağlıdır. Bütün Azərbaycan xalqı bu torpaqların tezliklə abadlaşacağı və oralara yenidən qayıdacağımız günü səbirsizliklə gözləyir.
Biz isə deyirik ki, bütün arzularımız çin olsun!