SƏHİYYƏ

Xəstəlik təqvimlə hesablaşmır

İndiyədək planetdə 81 475 053 insan koronavirusa yoluxub, ölənlərin sayı 1798050-yə çatıb. Yolxma sayına görə lider isə ABŞ-dır
Sputnik

BAKI, 31 dekabr - Sputnik. Son sutka ərzində dünyada 692 min nəfərdə COVID-19-a yoluxma aşkarlanıb. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumatda deyilir. Qeyd olunur ki, ölüm hallarının sayı 13.9 min artaraq 1.79 milyonu ötüb. 

Dekabrın 31-nə olan məlumata görə, indiyədək planetdə 81 475 053 insan koronavirusa yoluxub, ölənlərin sayı 1798050-yə çatıb. Sutka ərzində 692018 insanda xəstəlik aşkarlanıb, 13941 nəfər dünyasını dəyişib.

Yoluxma üzrə lider yenə ABŞ-dır - 19 346 790. Sonrakı pillələrdə Hindistan (10 266 674), Braziliya (7 563 551), Rusiya (3 159 297), Fransa (2 556 708), Böyük Britaniya (2 432 892), İtaliya (2 083 689), İspaniya (1 893 502), Almaniya (1 719 737), Kolumbiya (1 614 822), Argentina (1 602 163) və Meksika (1 401 529) qərarlaşıblar.