RUSİYA

"Qazprom" Ermənistanla müqaviləni uzatdı

Rusiyadan Ermənistana qaz tədarükü barədə müqavilənin müddəti uzadılıb. Ancaq hələlik 2021-ci ilin ilk rübü üzrə
Sputnik

BAKI, 31 dekabr - Sputnik. "Qazprom Eksport"la "Qazprom Ermənistan" bu ölkəyə qaz tədarükü üzrə müqavilənin müddətini uzadıblar, ancaq 2021-ci ilin ilk rübü üzrə. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Rusiya şirkətinin məlumatında deyilir.

Avropalıların canı Azərbaycan qazı ilə qızınacaq - birbaşa nəql başlandı

"Sonrakı dövrlərdə qazın tədarükü üzrə məsləhətləşmələr davam edəcək", - "Qazprom Eksport"dan deyilib.

Ermənistanın vitse-baş naziri Mger Qriqoryan bu ilin martında "Qazprom" rəhbəri Aleksey Millerə müraciət edərək dünya enerji ehtiyatları bazarındakı vəziyyətə dair proqnozları nəzərə alaraq Ermənistana nəql edilən qazın qiymətinin azaldılmasını, eləcə də ödənişin milli valyutada gerçəkləşdirilməsini təklif etmişdi. "Qazprom" isə cavabında məsələni diqqətdə saxladığını və danışıqların hökumətlər səviyyəsində aparılacağını bildirmişdi.

100% "Qazprom"a məxsus olan "Qazprom Ermənistan" Ermınistanın daxili bazarna qaz tədarükü ilə məşğuldur. 2019-cu ildə Gürcüstanla Ermənistan sərhədində qazın qiyməti 2018-ci ildəki 150 dollar/1 m3-dən 165 dollar/1 m3-dək qalxıb. "Qazprom" bildirib ki, 2020-ci ildə Ermənistan üçün qazın qiyməti olduğu kimi qalacaq.