MƏDƏNİYYƏT

Ayıqlığın 45 ili, kiçik bir suala ağıllı cavab - VİDEO

Məşhur aktyor insanları çətin anlara rəğmən pozitiv olmağa çağırıb. Deyib ki, yeni il daha yaxşı ola bilər, bunun üçün möhkəm olmaq, sonunadək mübarizə aparmaq lazımdır.
Sputnik

BAKI, 31 dekabr - Sputnik. Aktyor Entoni Hopkins alkoqollu içkilərdən imtina etmısinin 45 ilini qeyd edib. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə aktyor Twitter-də paylaşdığı videoda deyib.

Dekabrın 31-də 83 yaşı tamam olan aktyor izləyiciləri ilə təəssüratlarını bölüşərkən 2020-ci ili bir çox insanlar üçün acı və kədərlə dolu il adlandırıb. 

​Bundan başqa, aktyor 45 il öncə "fəlakətə doğru getdiyini" və "ölənədək içdiyini" anladıqdan sonra içkinin daşını atmağa qərar verdiyi söyləyib. 

"Kiçik bir fikir vardı: "Ölmək istəyirsən, yaşamaq?" O zaman dedim: "Yaşamaq istəyirəm", - Hopkins deyib. 

Məşhur aktyor insanları çətin anlara rəğmən pozitiv olmağa çağırıb. Deyib ki, yeni il daha yaxşı ola bilər, bunun üçün möhkəm olmaq, sonunadək mübarizə aparmaq lazımdır.