Dünyanın ən gözəl üzlü qadını seçildi - VİDEO

Şelbia bu siyahıda təsadüfi adam deyil - 2017-ci ildə 14-cü, 2018-də 3-cü, 2019-da ikinci pilləni qazana bilmişdi
Sputnik

BAKI, 31 dekabr - Sputnik. İsrail əsilli model Yael Şelbia dünyanın ən gözəl üzlü qadını seçilib.

Sputnik Azərbaycan bildirir ki, namizədlərin tam siyahısını TC Candler YouTube kanalı dərc edib. Kanal hər il Independent Critics-in reytinqini - planetin 100 ən cazibədar insanının siyahısını yayımlayır.

19 yaşlı model ilk dəfə bu reytinqə başçılıq edir. O, tailandlı müğənni Lalisa Monobanı, avstraliyalı model Meyka Vullardı və tayvanlı müğənni Çou Tzuyunu geridə qoyub. Şelbia bu siyahıda təsadüfi adam deyil - 2017-ci ildə 14-cü, 2018-də 3-cü, 2019-da ikinci pilləni qazana bilmişdi.

Model qalib gəldiyi barədə xəbəri Instagram səhifəsində paylaşıb və çoxlu müsbət rəy alıb.