Bakı, 31 dekabr - Sputnik. Prezident İlham Əliyev “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərman imzalayıb.
Sputnik Azərbaycan bildirir ki, sənədə görə, "Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” dərəcə əlilliyi olan şəxslərə – 250 manatdan 400 manata, I dərəcə əlilliyi olan şəxslərə 230 manatdan 350 manata, I dərəcə əlilliyi olan şəxslərə 210 manatdan 300 manata qaldırılıb.
Həmçinin "Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 avqust tarixli 244 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 8, maddə 962; 2018, № 4, maddə 670; 2019, № 2, maddə 235) da dəyişiklik edilib. Fərmanın 1-ci hissəsində "300 (üç yüz)" sözləri "500 (beş yüz)" sözləri ilə əvəz edilməklə təqaüdün məbləği 200 manat artırılır.
1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) təsis edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdü artırılıb. İlham Əliyevin bu gün imzaladığı müvafiq sərəncama əsasən, aylıq təqaüdün məbləği 150 manatdan 300 manata qaldırılıb.
Bütün sərəncamlar 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.