İQTİSADİYYAT

Belarus nefti Azərbaycandan alacaq

Hazırda Belarus əsas, ənənəvi tədarükçüsü olan Rusiya ilə qiymətlərdə fikir ayrılığı fonunda özünün iki NEZ-inə neft tədarükünün diversifikasiyası ilə məşğuldur
Sputnik

BAKI, 31 dekabr - Sputnik. SOCAR Trading Belarus Neft Şirkəti ilə Azərbaycan neftinin tədarükü üzrə uzunmüddətli müqavilə imzalayıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə RİA Novosti-yə SOCAR-dan bildirilib.

"SOCAR Trading Belarus Neft Şirkəti ilə Azərbaycan nefti, eləcə də digər potensial neft sortlarının Belarus neft emalı zavodlarına tədarükü barədə uzunmüddətli müqavilə imzalayıb", - şirkətdən deyilib.

2020-ci ildə SOCAR Trading Belarusa artıq 1 milyon ton Azeri Light, eləcə də digər markalı neft tədarük edib.

Hazırda Belarus əsas, ənənəvi tədarükçüsü olan Rusiya ilə qiymətlərdə fikir ayrılığı fonunda özünün iki NEZ-inə neft tədarükünün diversifikasiyası ilə məşğuldur. "Dostluq" magistral neft kəməri, eləcə də dəmiryolu vasitəsilə Rusiya nefti tədarük edən Belarus öz zavodlarını təmin etmək üçün alternativ yollar da axtarır. Neft Klaypeda və Odessadakı limanlar vasitəsilə daşınır. 2020-ci ilin əvvəlindən Minsk Azərbaycan, Norveç, Səudiyyə Ərəbistanı və ABŞ-dan neft alıb.