BAKI, 31 dekabr - Sputnik. Azərbaycan Dövlət Akademik Musiqili Teatrının sevilən aktyoru Ağaxan Şərifov vəfat edib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Teatrın sosial şəbəkədəki hesabında bildirilib. Qeyd olunub ki, aktyor uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.
Ağaxan Şərif oğlu Şərifov 22 oktyabr 1962-ci ildə Ağsuda anadan olub. 1986-1990-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram–kino aktyorluğu şöbəsində təhsil alıb. 1990-1996-ci illərdə Gənclər Teatrında, 1993-2007-ci illərdə İlham Miniatür Teatrında çalışıb.
2007-ci ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrınında işləməyə başlayıb.
Ağaxan Şərifov bu teatrın səhnəsində qoyulan müxtəlif tamaşalarda yaratdığı bir-birindən maraqlı obrazları ilə tamaşaçıların rəğbətini qazanıb. Eyni zamanda "Nə gözəldir bu dünya...” (1999), "Əlavə təsir” (2010), "Yazıçı” (2013) kimi filmlərdə də rol alıb.
Allah rəhmət eləsin!