CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çavuşoğlu Qarabağdan danışdı - Azərbaycan meydana endi və haqqını geri aldı

"Biz də Türkiyə olaraq dəstək verdik. Sadəcə dost olduğumuz üçün deyil, haqlı olduqları üçün dəstək verdik"
Sputnik

BAKI, 30 dekabr — Sputnik. "2020-ci ildə bizim üçün ən parlaq hadisələrdən biri Qarabağ məsələsi oldu. Bu, tarixi məsələdir. Azərbaycan meydana endi və haqqını geri aldıq".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 2020-ci ilin yekunlarına dair mətbuat konfransında bildirib.

"Biz də Türkiyə olaraq dəstək verdik. Sadəcə dost olduğumuz üçün deyil, haqlı olduqları üçün dəstək verdik. Azərbaycana dəstəyimiz davam edəcək. Ötən gün Lavrovla bu məsələni müzakirə etdik. Ermənistan atəşkəsə riayət edərsə, hörmət edərsə, münasibətlər normallaşa bilər. Bu normallaşmadan ən çox Ermənistan və Ermənistan xalqı faydalanacaq", - deyə Çavuşoğlu qeyd edib.